EN

ABŞ vitse prezidentinin Bakıda gizli ziyarəti Xanım Vens Suraxnıya niyə gedib?

ain.az, Bakupost saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ-ın vitse-prezidenti Cey. Di. Vens fevralın 12-də Bakıya səfəri zamanı rəsmi proqramdan kənara çıxıb.

Bakupost.az xəbər verir ki, vitse-prezident rəsmi görüşləri başa çatdırdıqdan sonra hava limanına yollanarkən Suraxanı Atəşgah Məbədini ziyarət edib.

Bildirir ki, bu qərar vitse-prezidentin Hindistan əsilli xanımı Usha Vansin şəxsi istəyi ilə verilib.

Başqa bir məlumata görə, həmin ziyarətdə vitse-prezident özü olmayıb, təkcə həyat yoldaşı gedib.

Bu ziyarət təsadüfi deyil.

Tarixi mənbələrə görə, əsası erkən orta əsrlərə gedib çıxan Suraxanı Atəşgahının bugünkü daş kompleksi XVIII əsrdə əsasən Hindistandan gəlmiş hindu tacirləri və zəvvarlar tərəfindən inşa etdirilib. Məbədin divarlarında bu gün də sanskrit və qədim hind dillərində yazılmış kitabələr qorunur. Həmin yazılar ibadət edənlərin Multan və Pəncab bölgələrindən gəlmiş hind tacirləri olduğunu göstərir.

O dövrdə Bakı mühüm ticarət mərkəzi idi və təbii qaz çıxan Atəşgah ərazisi hindu inanclarında müqəddəs sayılırdı. Od kultu həm zərdüştilikdə, həm də hinduizm ənənəsində xüsusi yer tutduğundan Atəşgah əsrlər boyu Hindistanla Qafqaz arasında nadir dini–mədəni körpü rolunu oynayıb.

Məhz bu tarixi bağlara görə Hindistan kökləri olan vitse-prezident xanımının Atəşgahı xüsusi olaraq görmək istədiyi bildirilir.

Azər

Baku Post

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
28
8
www.bakupost.az

9Sources