Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri bəlli olub.
Belçikanın paytaxtı Brüsseldə keçirilən püşkatmanın nəticəsinə görə, yığmamız D Liqasının 2-ci qrupunda Litva və Lixtenşteyn ilə mübarizə aparacaq.
Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə cari ilin sentyabr ayının 24-də start veriləcək. Sentyabrın 27-də Litva – Azərbaycan, oktyabrın 1-də Azərbaycan – Lixtenşteyn, oktyabrın 4-də Azərbaycan – Litva, noyabrın 13-də isə Lixtenşteyn – Azərbaycan qarşılaşmaları baş tutacaq.
Turnirin final mərhələsi 2027-ci ilin iyununda gerçəkləşəcək.
Qabil YUSİFOĞLU
XQ