EN

Rusiya-Ukrayna qarşıdurması: “Moskva müharibəni davam etdirəcək”

Son zamanlar Avropa ölkələrindən Ukraynaya silah-sursat tədarükünün azalması ilə bağlı fikirlər səsləndirilir.

İddia olunur ki, Avropa ölkələri həm siyasi, həm də hərbi baxımdan özlərini qorumaq üçün Kiyevə silah tədarükünü məhdudlaşdırmaq qərarına gəliblər. 

Hətta bəzi iddialara görə, Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti Rusiya ilə münasibətləri normallaşdırmaq və Kremllə danışıqlara başlamaq niyyətindədir. 

Ukraynada müharibənin ağırlaşdığı bir zamanda belə, bir halın baş verməsi Avropanın regional təhlükəsizliyi baxımından arzuolunan deyil və bu, mənfi nəticələrə gətirib çıxara bilər.

Politoloq Məhəmməd Əsədullazadə “Cebheinfo.az”-a şərhində səsləndirilən iddiaların doğru olmadığını bildirib. 

Onun sözlərinə görə, Avropa İttifaqı və Avropa ölkələri Ukraynaya hərbi yardımı davam etdirəcək:

“ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükünü gecikdirir. Avropa ölkələri pul ilə ABŞ-dan silahları alıb, Ukraynaya ötürürlər. Ötən gün ABŞ-nin formalaşdırdığı “Ramştaym” formatı Ukraynaya 35 milyard dollar silah paketini qəbul etdi. Düşünmürəm ki, Avropa İttifaqı Ukraynaya silah tədarükünü məhdudlaşdıracaq. 

Münxen Təhlükəsizlik Konfransında Almaniya kansleri Fridrex Merts və Fransa Prezidenti Emmanuel Makron Rusiyaya qarşı birgə səfərbər olmağı və silahların tədarükünün zəruriliyin qeyd ediblər. Hətta Rusiyanın danışıqlara hazır olmadığını da açıqladılar. Bu onu göstərir ki, Ukraynaya silah dəstəyi davam edəcək. 

Əgər, silahlar verilməsə, Rusiya qalib gələcək və Avropa Rusiyadan asılı vəziyyətə düşəcək. Təhlükəni Avropa ölkələri görür. Rusiya ilə danışıqlarda Avropa maraqlıdır.

Amma Rusiya real danışıqlarda maraqlı deyil. Rusiya danışıqlara gedir, sonra deyir ki, mənim təklifimi qəbul edin. Orta məxrəcə gəlmir. Ona görə də Moskva müharibəni davam etdirəcək”. 

Chosen
6
1
cebheinfo.az

2Sources