EN

Rubio: ABŞ Avropanın taleyinə biganə deyil

ABŞ Avropanı güclü görmək istəyir, çünki qitədəki vəziyyəti öz milli təhlükəsizliyi ilə əlaqələndirir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında bildirib.

Onun sözlərinə görə, ABŞ və Avropa İttifaqı (Aİ) arasında bəzən fikir ayrılıqları yaranır, lakin bunun səbəbləri Vaşinqtonun Avropanın taleyi ilə bağlı dərin narahatlığındadır.

"Biz Avropa ilə təkcə iqtisadi və hərbi cəhətdən bağlı deyilik. Biz mənəvi və mədəni cəhətdən də bağlıyıq. Avropanın güclü olmasını istəyirik. Biz əminik ki, Avropa mövcudluğunu qorumalıdır, çünki ötən əsrin iki böyük müharibəsi bizim üçün tarixin daimi xatırlatmasıdır ki, son nəticədə bizim taleyimiz həmişə sizin taleyinizlə bağlı olub və həmişə də belə olacaq", - Rubio bildirib.

Dövlət katibi həmçinin vurğulayıb ki, milli təhlükəsizlik baxımından ABŞ Avropanın taleyinə biganə deyil.

Chosen
32
ikisahil.az

1Sources