EN

Masallıda qanvermə aksiyası təşkil olunub

“Talassemiyasız həyat naminə” proqramı çərçivəsində Masallı rayonunda qanvermə aksiyası təşkil olunub.

“İki sahil” xəbər verir ki, qanvermə aksiyası Masallı Rayon İcra Hakimiyyəti, Respublika Qan Bankı və Masallı Rayon Mərkəzi Xəstəxanasının birgə təşkilatçılığı ilə keçirilib.

Qana ehtiyacı olan insanlara dəstək aksiyasında müəssisə və təşkilatların əməkdaşları, gənclər, ictimaiyyət nümayəndələri və rayon sakinləri fəal iştirak ediblər. Xüsusi tibbi briqadanın həkim-hematoloqları tərəfindən hər bir donorun sağlamlıq vəziyyəti əvvəlcədən yoxlanılıb.

Aksiya çərçivəsində toplanan qan talassemiya xəstələrinin müalicəsi məqsədilə təmənnasız istifadə olunacaq.

Chosen
27
2
ikisahil.az

3Sources