EN

Laçında yerləşən SES 5 ildə nə qədər elektrik enerjisi istehsal edib? - Açıqlandı

İşğaldan azad edilmiş Laçın rayonunda Həkəri çayının üzərində yerləşən "Güləbird" kiçik su elektrik stansiyasında (SES) istismara verildiyi tarixdən bu ilin fevralın 1-dək 87,7 milyon kVt/saat elektrik enerjisi istehsal edilib.

Bu barədə Valyuta.az-a Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, "Güləbird" SES 5 il əvvəl fevralın 14-ü yenidən bərpa olunaraq istifadəyə verilib. Basqılı derivasiya tipli stansiyanın ümumi gücü 8 MVt-dır.

Qeyd edilib ki, kiçik su elektrik stansiyalarında ekoloji cəhətdən təmiz elektrik enerjisi istehsal olunur və ətraf mühitə istixana effekti yaradan qazlar atılmır.


Chosen
30
6
azia.az

7Sources