Biləsuvarda transformatorda baş verən qəza artıq həll olunub.
"Azərişıq" ASC mətbuat xidmətindən APA-nın cənub bürosunun sorğusuna cavab olaraq bildirilib ki, Biləsuvarda 10 kV-luq xəttdə baş verən qəza artıq aradan qaldırılıb.
Elektrik enerjisinin verilişi bərpa olunub.
***
12:35
Biləsuvarda transformator partlayıb.
APA-nın cənub bürosunun məlumatına görə, partlayış şəhər ərazisində, bazar yaxınlığında olan transformatorda baş verib.
Partlayış nəticəsində rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi dayanıb.
Hazırda ərazidə təmir-bərpa işləri aparılır.