ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı yeni danışıqlar raundunun 17 fevral çərşənbə axşamı günü keçiriləcəyini təsdiqləyib.
APA xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında deyib.
"Düşünürəm ki, uzun illərdən sonra ilk dəfə olaraq, ən azı texniki səviyyədə, keçən həftə hər iki tərəfin hərbi rəsmiləri görüşdü və çərşənbə axşamı daha çox görüşlər olacaq, baxmayaraq ki, bu, eyni qrup insanlar olmaya bilər", - Rubio bildirib.
Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ötən gün Rusiya, Ukrayna və ABŞ arasında danışıqların keçiriləcəyini bildirib.
Ukrayna Prezidentinin Ofisi Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun Cenevrədə keçiriləcəyini təsdiqləyib.