EN

Sülh və sabitliyə çalışan region ölkələrinin addımları alqışalayiqdir – Pezeşkian

Bakı. Trend:

Region ölkələrinin regionun sülh və təhlükəsizliyi, ölkələrinsuverenliyi ilə əlaqədar çalışan ölkələrin addımlarıalqışalayiqdir.

Trend-inməlumatına görə, bunu İran prezidenti Məsud Pezeşkian bu gün (14fevral) Tehranda İranın Avtomobilyolu və Dəmiryolu DəhlizlərininMaliyyə Təminatı və İnvestisiya İmkanları Beynəlxalq Konfransındadeyib.

Onun sözlərinə görə, Azərbaycan, Türkiyə, İraq, Misir, Oman,Səudiyyə Ərəbistanı, Qətər, BƏƏ, Oman, Pakistan prezidentləri sülhvə sabitliklə problemlərin həll edilməsinə çalışırlar.

İran prezidenti qeyd edib ki, heç bir ölkə müharibənin başverməsini istəmir və müharibənin xeyirli olduğunu düşünmür.

“İranın qonşu ölkələrlə çox yaxın bağları var. Azərbaycanlayaxın bağları var. Türkiyə, Əfqanıstan, Pakistan, Türkmənistan vədigər ölkələrin xalqları bir neçə min ildir bir-birləri iləanlaşaraq yaşayıblar”, - deyə o qeyd edib.

Məqalədə:
Chosen
41
az.trend.az

1Sources