Rusiya və Ukrayna nümayəndələri Əbu-Dabidə keçirilən son danışıqlarda atəşkəs rejiminin müəyyənləşdirilməsi ilə bağlı ümumi anlayışa gəliblər.
Bizim.Media xəbər verir ki, bu barədə Politico qəzeti mənbələrə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Əbu-Dabidə baş tutan görüşün yekununda tərəflər mövcud çıxılmaz vəziyyətdən tam şəkildə çıxış yolu tapa bilməyiblər.
Bununla belə, adının açıqlanmasını istəməyən avropalı rəsmi nəşrə bildirib ki, Rusiya və Ukrayna “atəşkəs rejimi”nin necə müəyyən ediləcəyi və döyüş əməliyyatları dayandırıldıqdan sonra demilitarizasiya olunmuş zonanın hansı formada olacağı ilə bağlı ümumi razılıq əldə ediblər.
Eyni zamanda, iki əsas mübahisəli məsələ hələ də açıq qalır. Söhbət Ukrayna ərazisində Qərb qoşunlarının mümkün yerləşdirilməsi və ərazi mübadiləsi məsələsindən gedir.
Qeyd edək ki, Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin növbəti görüşü gələn həftə keçirilə bilər. Danışıqların yenidən Əbu-Dabidə və ya Mayamidə baş tutacağı gözlənilir.
Bizim.Media