EN

Şahmat üzrə Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşləri keçiriləcək

Şahmat üzrə Azərbaycan çempionatında bu gün 1/4 final mərhələsinin görüşləri keçiriləcək.

“İki sahil” Şahmat Federasiyasına istinadən xəbər verir ki, kişi şahmatçıların yarışında Əhməd Əhmədzadə Şəhriyar Məmmədyarovla, Eltac Səfərli Məhəmməd Muradlı ilə, Nicat Abasov Aydın Süleymanlıyla, Rauf Məmmədov isə Read Səmədovla mübarizə aparacaq.

Qadınların yarışında Səbinə İbrahimova - Ülviyyə Fətəliyeva, Xanım Balacayeva-Gülnar Məmmədova, Nərmin Abdinova-Türkan Məmmədyarova, Günay Məmmədzadə-Ayan Allahverdiyeva partiyaları oynanılacaq.

Yarış saat 15:00-da başlayacaq.

Qeyd edək ki, şahmatçılar bir-biriləriylə iki oyun keçirəcək. Qalib müəyyənləşmə yarımfinala vəsiqənin sahibi tay-brekdə məlum olacaq.

Chosen
12
6
ikisahil.az

7Sources