İtaliya millisinin keçmiş hücumçusu Mario Balotelli 35 yaşındadır və karyerasının sonuna yaxınlaşır.
Yanvarın ortalarından bəri Mario Balotelli BƏƏ ikinci divizion klubu “Əl-İttifaq”ın heyətindədir. İtaliyan liqanın ən zəif komandası ilə iki illik müqavilə imzalayıb.
Aut.az xəbər verir ki, təəccüblüdür ki, “Əl-İttifaq”ın oyunları rəsmi FIFA+ platformasında nümayiş olunur. Və bunun sayəsində Balotellinin yeni çempionatda ilk qolunu görə bildik. Mario cərimə meydançasında dayandı, ötürmə gözlədi və topu bir toxunuşla qapıya göndərdi.