EN

Azərbaycan Pakistana üzüm tədarük etməyə başlayıb

Cebheinfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 9,87 milyon ABŞ dolları dəyərində 9 min 401 ton təzə üzüm ixrac edib.

"Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 76 %, kəmiyyət olaraq – 63 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyaya 8 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 60 % çox) 7 min 304 ton (+42 %), İraqa 610 min ABŞ dolları dəyərində (+19 dəfə) 870 ton (+20 dəfə), Belarusa 535 min ABŞ dolları dəyərində (+16 %) 464 ton (+14 %), Ukraynaya 500 min ABŞ dolları dəyərində 400 ton (1 il əvvəl tədarük olmayıb), Türkiyəyə 125 min ABŞ dolları dəyərində (+80 %) 228 ton (+81 %) məhsul göndərib.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Pakistana tədarük (12 min ABŞ dolları dəyərində 17 ton) həyata keçirilib.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
33
5
cebheinfo.az

10Sources