EN

“Od halqası“ daralır: ABŞ və İsrail İrana qarşı hərbi əməliyyata hazırlaşır“ “Vesty“

ain.az, Moderator.az portalına istinadən məlumat verir.

"İranın nüvə obyektləri və müttəfiqlərinə yönələn potensial hücum bölgədə hərbi gərginliyi artırır..."

ABŞ və İsrailin birgə hərbi maşını son mərhələyə qədəm qoyub: diplomatik səylərə baxmayaraq, bölgədə müharibənin qaçılmaz olduğu görünür.

Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.

Nəşrin yazdığına görə, İranın "ilanın başı" hesab olunan nüvə və hərbi obyektlərinə hər hansı zərbə Talubana bağlı müttəfiqlərin - Livan, Suriya, Yəmən və İraqdakı qrupların dərhal reaksiyasına səbəb olacaq.

Eyni zamanda ABŞ və İsrailin hərbi hazırlığı yalnız Tehrana yönəlməyib. Strateji konsepsiya çoxməkanlı əməliyyatları nəzərdə tutur: istənilən hücum "od halqası"nın aktivləşməsinə gətirib çıxaracaq. Bu, eyni anda şimaldakı "Huzbullah", şərqdəkı şiə qrupları və cənubdakı hüsiləri əhatə edən kompleks əməliyyatları tələb edir.

ABŞ və İsrailin hazırlıqları

ABŞ Donald Trampın göstərişi ilə "Ceraldd Ford" aviadaşıyıcı və müşayiətçi gəmilərlə Fars körfəzinə göndərilir. 337 metr uzunluğunda və nüvə reaktoru ilə təchiz olunmuş gəmi EMALS katapultu ilə qısa zamanda fasiləsiz hava zərbələri endirə bilir. ABŞ-ın digər qüvvələri -  B-2 bombardmançıları, F-35-lər və əlavə gəmilər də regiona yönəldilib.

İsrail də hərbi hazırlığını gücləndirib. "Davudun praşası" hava hücumundan müdafiə sistemi yenilənib və 50-70 km hündürlükdə raketləri, döyüş təyyarələrini və dronları vurur. "Or Eytan" lazer sistemi döyüş növbəsinə çıxıb və müxtəlif raket, mərmi və dronları qarşılayır. İsrail donanması isə "İqtisadi suların müdafiəsi" təlimlərini keçirir, qaz platformalarını qoruyur və uzaq dəniz əməliyyatlarını məşq edir.

İranın mövqeyi

86 yaşlı Əli Xameneinin rəhbərliyində olan İran rejimi ABŞ-ın güc yığmasına qarşı geri çəkilmək niyyətində deyil. Tehran hərbi hücuma qarşı müqavimət göstərəcəyini bəyan edib, müttəfiqləri isə ABŞ obyektlərini hədəf almağa hazır olduqlarını bildirib.

Paralel olaraq, Tehran diplomatik səylər aparır: Xarici işlər naziri Abbas Arakçı Körfəz ölkələri və Türkiyə ilə danışıqlar keçirib, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Ləricani isə Moskva və Qətərdə görüşlər keçirib. Məqsəd regionda təhlükəsizlik şəbəkəsi qurmaq və danışıqların ciddiliyini göstərməkdir, lakin raket proqramı müzakirə mövzusu deyil.

Yeni peyk görüntüləri göstərir ki, İran İsfahan yaxınlığındakı mərkəzi nüvə obyektinə girişləri torpaqla örtərək qoruyur. ABŞ və İsrailin hərbi qüvvələrinin bölgəyə yönəldilməsi isə həm diplomatik, həm də hərbi qarşıdurma riskini artırır. Hər iki tərəf - ABŞ-İsrail və İran  gərginlik fonunda strateji mövqelərini gücləndirməyə davam edir, bu da bölgədə böyük bir əməliyyatın yaxınlaşdığını göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
17
1
moderator.az

2Sources