EN

Azərbaycan Avstraliyadan kürü əvəzediciləri almağa başlayıb

ain.az, 525.az portalına istinadən məlumatı açıqlayır.

Ötən ilin yanvar-noyabr aylarında Azərbaycan 950 min ABŞ dolları dəyərində 71,3 ton balıq kürüsünün əvəzedicilərini idxal edib.

525.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki,  bu, 2024-cü ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 66 %, kəmiyyət olaraq – 13 % çoxdur.

Hesabat dövründə Azərbaycan Rusiyadan 540,3 min ABŞ dolları dəyərində (bir il əvvəlki göstəricidən 51 % çox) 19,1 ton (-34 %), Belarusdan 241 min ABŞ dolları dəyərində (+60 %) 33 ton (+57 %), Çindən 94,13 min ABŞ dolları dəyərində 8,1 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 47 min ABŞ dolları dəyərində (-4 %) 9,3 ton (-25 %), Qazaxıstandan 20,31 min ABŞ dolları dəyərində 1,88 ton (1 il əvvəl tədarük olmayıb) məhsul alıb.

Ötən il son 14 ildə (qeyd: xarici ticarət üzrə açıq istifadədə olan rəsmi statistika 2011-ci ilə kimidir) ilk dəfə olaraq Avstraliyadan tədarük (0,7 min ABŞ dolları dəyərində 0,02 ton) həyata keçirilib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
22
6
525.az

10Sources