“Neftçi”nin əvəzedici komandasına üç futbolçu transfer olunub.
"Football-plus.az" xəbər verir ki, Qvineya əsilli belçikalı Mamadi Diavara, həmçinin nigeriyalılar – Fridom Danjuma İstifanus və Opeyemi Ezekel Oluvafemi ilə bu mövsümün sonunadək müqavilə bağlanıb.
Bununla belə, klubun istəyinə uyğun olaraq, hər üç futbolçu ilə anlaşma daha 2 il müddətinə artırıla bilər.
19 yaşlı Diavaranın sonuncu klubu “Şalke” U-19 (Almaniya) olub. 18 yaşlı İstifanus bunadək Nigeriyanın “Broad City”, 19 yaşlı Oluvafemi isə “36 Lion” klubunda çıxış edib.