EN

Zelenski Rusiya-Ukrayna-ABŞ görüşünün uğurlu olacağına ümid edir

[center]Zelenski[/center]Ukrayna növbəti həftə Cenevrədə ABŞ-Ukrayna-Rusiya arasında keçiriləcək üçtərəfli görüşün uğurlu olacağına ümid edir.Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Münxen Təhlükəsizlik Konfransındakı çıxışında deyib.“Biz həqiqətən də ümid edirik ki, növbəti həftə keçiriləcək üçtərəfli görüşlər ciddi, mənalı və hamımız üçün faydalı olacaq. Amma açıq danışsaq, bəzən elə görünür ki, tərəflər tamamilə fərqli məsələlərdən danışırlar”, - Zelenski bildirib.O, güzəştlərin təktərəfli olmasının qəbuledilməz olduğunu vurğulayıb.“Amerikalılar tez-tez güzəşt məsələsinə toxunurlar. Tez-tez bu güzəştlər yalnız Ukraynanın hansı güzəştə gedəcəyi kontekstdə müzakirə olunur, Rusiyanın yox. Avropa praktiki olaraq masada deyil. Bu mənim nəzərimcə, böyük səhvdir. Biz ukraynalılar çalışırıq ki, avropalılar prosesə daxil olsun. Beləliklə, Avropanın maraqları və fikirləri nəzərə alınsın”,- Ukrayna prezidenti qeyd edib.

Chosen
10
27
yenisoz.az

10Sources