EN

ABŞ İrana qarşı həftələrlə davam edəcək hərbi əməliyyata hazırlaşır…



ABŞ ordusu İrana qarşı həftələrlə davam edə biləcək potensial əməliyyata hazırlaşır. Reuters xəbər agentliyinin hökumət mənbələrinə istinadən iddia edir ki, bu dəfə hədəf alınacaq obyektlərin siyahısı daha geniş olacaq.

ABŞ ordusunun bu dəfə yalnız nüvə infrastrukturuna deyil, həm də İranın dövlət və təhlükəsizlik obyektlərinə zərbə endirə biləcəyini bildirən rəsmilər potensial əməliyyat planının İranın nüvə obyektlərinə yönəlmiş hücumlar planından daha mürəkkəb olduğunu bildiriblər. Bildirilir ki, ABŞ-ın İrana potensial hücumunun Tehran rejiminin qisas hücumuna yol aça biləcəyi də dəyərləndirilir.

Məsələ ilə bağlı açıqlama verən Ağ Evin sözçüsü Anna Kelli Trampın ABŞ-ın milli təhlükəsizliyinə üstünlük verən müxtəlif variantları nəzərdən keçirdiyini vurğulayıb: "İranla bağlı bütün variantlar Prezident Trampın masasındadır".

ABŞ Müdafiə Nazirliyi isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

TAHİR

Chosen
18
baki-xeber.com

1Sources