Yazını böyüt
Yazını kiçilt
Kürdəmirdə 60 yaşlı şəxsin meyiti su kanalında tapılıb.
Hafta.az xəbər verir ki, Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni kanalın Sığırlı kəndi ərazisində aşkarlanıb.
Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı rayon prokururluğunda araşdırma aparılır.