"Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.
Â
Ermənistan Təhlükəsizlik Şurasının katibi Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayaraq, bu formatda ikitərəfli əlaqələrin qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Â
Armen Qriqoryan sülh prosesinin gedişatını təqdim edib, regional əlaqələrin açılmasından yarana biləcək iqtisadi imkanlara və Ermənistan-Azərbaycan münasibətlərinin mövcud dinamikasına toxunub.
Â
Görüşün ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi iştirakçıların suallarını cavablandırıb./APA