Ermənistan Təhlükəsizlik Şurasının katibi və Ermənistan-Azərbaycan Sülh Mərkəzinin rəhbəri Armen Qriqoryan fevralın 14-də "Sülh Körpüsü" təşəbbüsü çərçivəsində Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Adalet.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" səhifəsində yazıb.
"Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayaraq, belə formatda ikitərəfli əlaqələrin qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğuladım.
Həmsöhbətlərimə sülh prosesinin gedişatını təqdim etdim, regional əlaqələrin açılması nəticəsində yaranacaq iqtisadi imkanlara, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı inkişaf dinamikasına toxundum.
Görüşün ikinci hissəsində vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandırdım", - deyə o qeyd edib.