EN

Tramp: İranda rejim dəyişməlidir, namizədimiz var

İranda rejim dəyişikliyi baş verə biləcək ən yaxşı şeydir.

Ölkə.az xəbər verir ki,  bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərdən birinin İranda "rejim dəyişikliyi" istəyib-istəmədiyini soruşduqda deyib.

"47 il ərzində onlar ancaq danışdılar. Bu vaxt, onlar danışarkən biz çoxlu insanın həyatını itirdik", - Tramp bildirib.

 Dəyişiklidən sonra kimin rəhbərlik edəcəyi məsələsinə gəldikdə Tramp bu barədə danışmaq istəmədiyini bildirib. "Bu barədə danışmaq istəmirəm. İnsanlar var".

Tramp eyni zamanda iranaın uranın zənginləşdirilməsini istəmədiyini də vurğulayıb.  
İkinci USS Gerald R. Ford avidaşıyıcı gəmisinin Karib dənizindən Yaxın Şərqə köçürüləcəyi ilə bağlı sualı cavablandıran Tramp  deyib ki, çox tezliklə yola düşəcək. “Əgər razılaşma əldə etməsək, ona ehtiyacımız olacaq”, - o vurğulayıb.

Mürtəza

Chosen
26
olke.az

1Sources