EN

"Starlink"in aktiv istifadəçilərinin sayı 10 milyon nəfəri ötüb - Mask

Bakı. Trend:

“Starlink” peyk internetindən aktiv yararlanan istifadəçilərinsayı 10 milyon nəfəri ötüb.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə amerikalı milyarder, “SpaceX”şirkətinin sahibi İlon Mask açıqlama verib.

“Starlink” şirkəti 160 ölkədə, bölgədə və başqa regionlarda 10milyondan çox aktiv müştərini yüksək-sürətli internetlə təmin edir.Bütün dünyadan olan müştərilərimizə təşəkkür edirəm”, - İlon Maskbildirib.

Xatırladaq ki, bundan təkcə 3 ay əvvəl “Starlink”istifadəçilərinin sayı təqribən 8 milon idi, 2025-ci ildə isə həmingöstərici 7 milyon nəfər təşkil edib.

“Starlink” “SpaceX” şirkəti tərəfindən hazırlanmış qlobal peyksistemidir və kosmosdan yüksək sürətli genişzolaqlı internetə çıxıştəmin etmək məqsədi daşıyır. Aşağı Yer orbitində (LEO) yerləşənminlərlə peykdən istifadə etməklə, sistem planetin ən ucqar vəçətin əlçatan bölgələrində belə sabit və aşağı pinqli(gecikməli-red.) internet bağlantısı təqdim edir.

Məqalədə:
Chosen
123
1
az.trend.az

1Sources