EN

Premyer Liqada “taxt”a əyləşən klub razılıq əldə etdi - Mayda danışarıq

“Sabah”ın qapıçısı Stas Pokatilov klubunu dəyişməyə yaxındır.

Bu Qazaxıstan mediasının iddiasıdır.

Yerli pressanın yazdığına görə, 33 yaşlı qolkiper “bayquşlar“la müqaviləni uzatmayıb və xarici klublarla danışıqlar aparır.

Onun inamlı çıxışı, eləcə də komandanın turnir cədvəlində lider mövqeyə yüksəlməsi Türkiyə təmsilçilərinin diqqətini cəlb edib.

Məlumata görə, Pokatilov Super Liqada özünü sınamağa hazırlaşır və yeni komanda ilə ilkin razılaşma imzalamağa hazırdır.

Qazaxıstanlı “əlcək sahibi“nin “Sabah”la sözləşməsi bu ilin iyununda başa çatır və o, daha sonra azad agent kimi ayrılmaq imkanı qazanacaq.

1 turdan sonra “Sabah” çempionatda birinci pillədə qərarlaşıb və ən yaxın izləyicisi “Qarabağ”ı 4 xal qabaqlayır.

Pokatilov mövsümün bütün oyunlarında iştirak edib və cəmi 12 top buraxıb.

Məlumunuz olusn ki, bu xəbərin kökündə həqiqət dayanmır. Öyrəndiyimizə görə, Premyer Liqanın lideri adıçəkilən kiperə hələ yeni kontrakt təklif etməyib.

Tərəflər bu istiqamətdə danışıqlar aparmağı may ayına saxlayıblar. Hər halda şifahi danışıqlar zamanı belə razılıq əldə olunub.

SPORTİNFO.AZ

Chosen
27
sportinfo.az

1Sources