ain.az, Sherg.az portalına istinadən məlumatı açıqlayır.
3 iyul 1988-ci ildə "United States Navy"yə məxsus USS Vincennes kreyseri tərəfindən atılan raketlər Iran Air-ə məxsus Airbus A300 tipli 655 saylı reysi vurub. Hadisə nəticəsində 66-sı uşaq olmaqla 290 nəfər həyatını itirdi.
Sherg.az xəbər verir ki, təyyarə Bəndər-Abbasdan Dubaya uçurdu. ABŞ tərəfi ilkin olaraq hədəfin İranın F-14 qırıcısı olduğunu bildirsə də, sonradan bunun “səhvən” baş verdiyini açıqlayıb.
Hadisə dövrün ABŞ prezidenti Ronald Reyqan tərəfindən “qəsdsiz faciəvi səhv” kimi qiymətləndirildi. Vaşinqton rəsmi üzr istəməsə də, həlak olanların ailələrinə təzminat ödədi.
İran isə hadisəni qəsdən törədilmiş hücum adlandıraraq illərdir rəsmi üzr gözlədiyini bildirir.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.