EN

Kanada İranla əlaqəsi olan şəxslərə sanksiya TƏTBİQ ETDİ

Bu gün Kanada hökuməti İranla əlaqələrə görə yeddi nəfərə qarşı yeni sanksiyalar tətbiq edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı, Kanadanın xarici işlər naziri Anita Anand məlumat verib.

Nazirin açıqlamasına görə, sanksiyalar ölkənin “Xüsusi İqtisadi Tədbirlər Qaydaları” çərçivəsində tətbiq olunub. Rəsmi bəyanatda bildirilir ki, Kanada eyni düşüncəli tərəfdaşları ilə birlikdə İranın transmilli repressiya, zorakılıq və repressiv fəaliyyətlərinə qarşı bu addımı atıb.

Kanada hökuməti qeyd edib ki, sanksiya tətbiq edilən şəxslərin İran hökumət qurumları ilə əlaqəli olduqları açıqlanıb. Sözügedən şəxslərin adları və sanksiyaların detalları barədə əlavə məlumat açıqlanmayıb.

Bizim.Media

Chosen
30
1
bizim.media

2Sources