EN

Ermənistanla Azərbaycan arasındakı sülh mümkün olmayan bir qapını açdı - Marta Kos

Münxen. Trend:

Keçmişdə Qara dənizi və ya Xəzər dənizini daha çox bizi ayıransədd kimi qəbul etmişik. Sülh layihələri və Ermənistanla Azərbaycanarasındakı sülh sanki mümkün olmayan bir qapını açdı.

Trend xəbər verir ki, busözləri Avropa Komissiyasının Genişləndirmə üzrə komissarı MartaKos Münxendə “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığınındərinləşdirilməsi” mövzusunda panel müzakirələrdə deyib. O, Avropaİttifaqı tərəfindən ciddi şəkildə dəstəklənən bu sülh layihəsindəliderliyinə görə Prezident İlham Əliyevə təşəkkür edib.

“Bəli, biz yeni bir struktur qururuq. Bu, Avropa ilə Çinarasındakı bütün digər marşrutları unudacağımız mənasına gəlmir,amma şaxələndirməyə diqqət yetirməliyik. Ən uyğun olan yollarıseçəcəyik ki, qısa müddətdə daha çox yük təmin etmək mümkün olsun.Trans-Xəzər nəqliyyat dəhlizi 2030-cu ilə qədər daşınma həcmini üçdəfə artıra, tranzit müddətini yarıya endirə və ildə on milyonlarlaxərcə qənaət edə bilər. Bu, həm də biznes üçün ən böyük cəlbediciamillərdən biridir”, - deyə Marta Kos bildirib.

Chosen
27
13
az.trend.az

10Sources