EN

Naxçıvanda dəm qazından ölənlərin sayı artdı − Yenilənib


Naxçıvanda baş verən dəm qazı sızması nəticəsində zəhərlənən azyaşlılar Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası publik hüquqi şəxsə köçürülüb.
Yeniavaz.com
“Report”a istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov xəstəxanada dünyasını dəyişib.
Digər azyaşlıların müalicəsi davam etdirilir. Onların vəziyyəti ilə bağlı əlavə məlumat veriləcəyi bildirilib.

***12:32
Naxçıvan şəhərində bir ailənin 6 üzvü dəm qazından zəhərlənib.
Yeniavaz.com
xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib.
Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib.
Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Chosen
20
7
yeniavaz.com

10Sources