EN

Naxçıvanda dəm qazı faciəsi ölənlərin sayı artıb YENİLƏNİB VİDEO

ain.az, Azertag saytına istinadən bildirir.

Naxçıvan, 14 fevral, AZƏRTAC

Naxçıvanda dəm qazı sızması nəticəsində xəstəxanaya yerləşdirilən azyaşlılardan biri dünyasını dəyişib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, uşaqların hamısı Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanasına köçürülüb.

Onlardan biri 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov bu xəstəxanada dünyasını dəyişib.

12:14

Naxçıvanda dəm qazından zəhərlənmə hadisəsi baş verib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan şəhərinin Xətai məhəlləsi, ev 12 ünvanında qeydə alınıb. Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini - 1947-ci il təvəllüdlü Məmmədov Niftalı Məmməd oğlu dünyasını dəyişib. Evdə olan nəvələri - 2020-ci təvəllüdlü Fatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, fakt araşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
28
7
azertag.az

10Sources