EN

Zelenski Münhendə Orbanı təhqir etdi: Sən qarnını böyüt Putini də unutmadı

ain.az, Demokrat.az portalına istinadən məlumatı açıqlayır.

Volodimir Zelenski Münxen konfransında Viktor Orbanın "qarın böyüdə" biləcəyini, Vladimir Putinin isə "özünü çar kimi gördüyünü, amma əslində müharibənin köləsi olduğunu" bildirib.Forum iştirakçıları ilə danışan Ukrayna lideri Macarıstanın baş naziri haqqında sərt fikirlər səsləndirib. O bildirib ki, Orban Rusiya tanklarının Budapeştə mümkün qayıdışından qorunmaq üçün hərbi potensialını artırmaqdan daha çox fiziki hazırlığı ilə maraqlanmalıdır.Zelenski Rusiya prezidenti haqqında da eyni dərəcədə sərt fikirlər səsləndirib. Ukraynalı siyasətçi Putinin həyat tərzini adi insanlardan çox uzaq adlandırıb və onun hakimiyyətsiz həyatı təsəvvür edə bilmədiyini qeyd edib.“Putin adi insanlar kimi yaşamır. O, hakimiyyətsiz və ya hakimiyyətdən sonra həyatı təsəvvür edə bilmir. Adi şeylər onu maraqlandırmır", - deyə Zelenski bildirib.Ukrayna prezidenti həmçinin Rusiya liderinin imperiyanın tarixi keçmişindən ilham aldığını vurğulayıb.“Putin real həyatda yaşayan hər kəsdən daha çox, ərazi fəthləri barədə çar Pyotr və imperatriça Yekaterina ilə məsləhətləşir”, - deyə o əlavə edib.Zelenski beynəlxalq ictimaiyyəti Moskvanın uzunmüddətli planlarını qiymətləndirməmək barədə xəbərdar edib.“Bəs əgər o, daha 10 il yaşasa? Biz başa düşürük ki, bu mümkündür. O, yenidən güclənə, bərpa oluna və yenidən genişlənə bilər”, - Ukrayna lideri xəbərdarlıq edib.(musavat.com)Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
26
1
demokrat.az

2Sources