EN

83 yaşlı kişi arvadının başını kəsdi - SƏBƏB

Ajans.az xarici mediaya istinadla bildirir ki, hadisə Manisa rayonunun Yunusemre qəsəbəsində baş verib. Məlumata görə, sübh namazından sonra yaşlı cütlük arasında mübahisə yaranıb. Daha sonra qadın yatmağa gedib. Kişi isə yatdığı yerdə arvadının boğazını kəsərək öldürüb. Sonra cinayət aləti olan bıçağı yuyaraq qab-qacağın arasına qoyub. Cinayətdən sonra kişi nəvəsinə zəng edərək nənənizi öldürdüm deyib və polisə təslim olub. O, ifadəsində arvadının onu evdən çıxartmaq istədiyini iddia edib. Qətli də məhz bu səbəblə yaranan mübahisə zamanı törətdiyini deyib.

Hazırda araşdırma aparılır.

Chosen
43
50
Ajans.az

10Sources