EN

500-cü qolunu vurdu

style='margin-bottom:10px;'>

Almaniya Bundesliqasında çıxış edən "Bavariya"nın ulduz futbolçusu Harri Keyn əlamətdar göstərici ilə yadda qalıb.

QOL.az "Opta"ya istinadən xəbər verir ki, "Verder"lə səfər matçının ilk hissəsində dubl edən hücumçu peşəkar karyerasında 500-cü qolunu vurub.

Təcrübəli forvard bu qolların 100-nü penaltidən vurub. O, Bremen təmsilçisi ilə görüşdə də qollardan birini oyun epizodundan, digərini isə 11 metrlik cərimə zərbəsindən rəqib qapısından keçirib.

Xatırladaq ki, Keynin Münhen klubu ilə müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.

Chosen
34
2
teleqraf.com

6Sources