"Çelsi" klubunun cinah müdafiəçisi Mark Kukurela Premyer Liqanın son turunda zədələnib.
QOL.az "AS" nəşrinə istinadən xəbər verir ki, "Lids"lə matçın fasiləsində əvəzlənmək məcburiyyətində qalan ispaniyalı futbolçunun yaşıl meydanlara qayıtması üçün təxminən 3-4 həftə zamana ehtiyac var.
Bu xəbər İspaniya millisinin azarkeşlərini narahat etsə də, proqnozlar nikbindir. Belə ki, müdafiəçinin martın ortalarında tam hazır olacağı və martın 27-də Argentina millisinə qarşı keçiriləcək tarixi "Finalissima" matçında iştirak edə biləcəyi gözlənilir.
Qeyd edək ki, 2025/2026 mövsümündə "zadəganlar"ın forması ilə 35 oyuna çıxan Kukurela 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.