EN

Qobu kəndində məhəllədaxili yollar bərbad vəziyyətdəŞİKAYƏT

Abşeron rayonunun Qobu kəndində məhəllədaxili yolların vəziyyəti sakinlərin ciddi razılığına səbəb olub. Xüsusilə məktəbə aparan küçələrdə vəziyyət daha acınacaqlıdır.

Xezerxeber.az xəbər verir ki, sakinlərin sözlərinə görə, yağış yağan kimi yollar bərbad vəziyyətə düşür. Bu isə şagirdlərin dərsə gedib-gəlməsində ciddi çətinliklər yaradır. Uşaqlar bəzən palçığın içi ilə hərəkət etməyə məcbur qalır. Problemdən avtomobil sahibləri də əziyyət çəkir. Bildirilir ki, palçıqlı və çala-çuxurlu yollar nəqliyyat vasitələrinin tez-tez sıradan çıxmasına səbəb olur. Xüsusilə səhər və axşam saatlarında küçələrdə hərəkət demək olar ki, mümkünsüz hala düşür.

Məsələ ilə bağlı Qobu Bələdiyyəsindən bildirilib ki, problem mərhələli şəkildə həll olunacaq.

Sakinlər isə ümid edirlər ki, görüləcək tədbirlər nəticəsində xüsusilə məktəb yolları qısa müddətdə yararlı vəziyyətə gətiriləcək və gündəlik hərəkət zamanı yaşanan çətinliklər aradan qaldırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
51
1
xezerxeber.az

2Sources