EN

Ramanada su kanalının yaratdığı antisanitar şəraitdən NARAZILIQVİDEO

Evlərə dolur, zirzəmilərdə yığılır... Antisanitar şəraitə, üfunətə səbəb olur...

Xezerxeber.az xəbər verir ki, paytaxtın Ramanı qəsəbəsi, Şuşa şəhərciyində sakinlər evlərinə dolan tullantı sularından şikayətçidir.

Maraqlıdır ki, suyun mənşəyinin hardan gəldiyi də bilnimir, çox da dərin olmayan kanala dolan su ordan da evlərin zirzəmilərinə axır.

Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinə sorğu ünvanladıq. Qurumdan bildirdilər ki, vəziyyət barədə müvafiq sukanal idarəsi məlumatlıdır. Həmin ərazidə mərkəzləşmiş tullantı su şəbəkəsi mövcud deyil. Qrunt suları və tullantı suyu öncədən kanala tökülür, oradan xəttə vurulur. Bir neçə gün öncə əraziyə texnika göndərilib, kanal dərinləşdirilib. Hazırda yığılan qrunt suyudur, kanal dərinləşdirilməmişdən öncə toplanıb, axıb gedəcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
69
2
xezerxeber.az

3Sources