EN

“Bizim sərhədlərimizdə SÜLH qurulur, tamamilə yeni vəziyyət yaranıb”VİDEO

Azərbaycan fiziki infrastrukturun yaradılmasına, dəniz limanları, həmçinin dəmir yolları və hava nəqliyyatı ilə yüklərin daşınmasına sərmayə yatırıb. Birmənalı olaraq regional nəqliyyat qovşaqlarına çevrilmək üçün sizin qonşularınızla yaxşı münasibətləriniz olmalıdır.

Xəbər verdiyimiz kimi, bu sözləri Prezident İlham Əliyev Münxendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə deyib.

"Ermənistanla sülh əldə edildikdən sonra Azərbaycan vasitəsilə Ermənistana, daha sonra isə Avropa istiqamətinə gedən dəhlizin də çox böyük potensialı var", - deyə dövlət başçısı əlavə edib.

Dövlət başçısı deyib ki, biz artıq Ermənistanla əməkdaşlığa başlamışıq. "Biz yüklərin daşınmasında Azərbaycan ərazisində bütün məhdudiyyətləri aradan qaldırmışıq. Gürcüstanlı dostlarımıza da təşəkkürümüzü bildiririk ki, onlar çox mühüm tranzit imkanlarını yaradırlar.

Dövlət başçısının sözlərinə görə, bağlantılar və dəhlizlər Cənubi Qafqazda tamamilə yeni vəziyyət yaradacaq ki, Azərbaycan, Gürcüstan və Ermənistan bir-biri ilə artıq üçtərəfli şəkildə əməkdaşlıq quracaq.

Dövlət başçısı deyib ki, TRIPP Prezident Trampın adını daşıyır və bu o deməkdir ki, həmin dəhliz bu administrasiya və ondan sonrakılar üçün də vacib olacaq. Əgər belə olmasaydı, Prezident öz adını dəhlizə verməzdi. Onun adının verilməsi o deməkdir ki, bu icra olunacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
48
xezerxeber.az

1Sources