EN

"Tottenhem"dən Kristian Pulişiç həmləsi: London klubu hərəkətə keçdi

"Tottenhem" hücum xəttini gücləndirmək üçün "Milan"ın ulduzu Kristian Pulişiçi hədəf seçib.

Fanat.Az xəbər verir ki, İngiltərə təmsilçisi 27 yaşlı amerikalı vinger üçün rəsmi marağını artıq klub rəhbərliyinə çatdırıb.

Şimali London təmsilçisi inanır ki, Pulişiç Premyer Liqaya dərhal uyğunlaşaraq komandanın oyununda köklü dəyişiklik yarada biləcək gücdədir.

Cari mövsüm İtaliyada sərgilədiyi performansla diqqət çəkən futbolçunun yenidən İngiltərəyə qayıtmaq ehtimalı olduqca yüksək dəyərləndirilir.

Chosen
127
fanat.az

1Sources