EN

“Koroğlu” metrosundan hava limanı istiqamətində hərəkət məhdudlaşdırıldı

Bakı. Trend:

Hal-hazırda Suraxanı rayonu, Aeroport şosesində ( “Buta Palace”yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektronməlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanındigər hissəsinin söküntü işləri aparılır.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər NazirliyiNəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən “Koroğlu” metro stansiyasından(Surxanı dairəsi üzərindəki yol ötürücüsündən) Hava limanıistiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiqedilib. Sürücülər alternativ yol olaraq Suraxanı rayonu, XanlarƏləkbərov və 14 İyul küçəsinə yönləndirilir.

Məhdudiyyətin tətbiq olunduğu müddətdə nəqliyyat vasitələrininrahat hərəkəti üçün yol polisi tərəfindən zəruri tədbirlərgörülür.

Chosen
29
10
az.trend.az

10Sources