EN

30 saniyədə 146 öpüş: Britaniyalı cütlük Ginnesin Rekordlar Kitabına düşdü

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Britaniyalı jurnalist Coşua Sanders və onun tərəf müqabili Cenni Troy öpüşlərin sayına görə yeni rekorda imza atıblar.

Oxu.Az xəbər verir ki, bu barədə video dünya üzrə nailiyyətləri qeydə alan "Guinness World Records" şirkətinin rəsmi "TikTok" hesabında yayımlanıb.

Dəqiqləşdirilir ki, cütlük bu məqsədlə təşkilatın Suindon şəhərində yerləşən mənzil-qərargahına yollanıb.

"İştirakçı növbəti öpüşdən əvvəl tərəf müqabilinin üzündən tam aralanmadığına görə bəzi cəhdlər ümumi saydan çıxılıb", - deyə paylaşımda qeyd olunub.

"Guinness World Records" sosial şəbəkə istifadəçilərindən 30 saniyə ərzində 146 dəfədən daha sürətli öpə bilib-bilməyəcəkləri ilə maraqlanıb. C.Sandersin sözlərinə görə, o, rekordunun yenilənməsini istəyir və bu məqsədlə iddialı şəxslərə çağırış edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
25
oxu.az

1Sources