EN

Bakıda təhlükəli dəb: Sevgini qan və məzar torpağı ilə sübut edirlər

Son zamanlar sosial media paylaşımlarında qeyri-adi və bir o qədər də mübahisəli yeni bir dəb geniş vüsət alıb. İnsanlar sevdikləri şəxslərə sədaqətlərini sübut etmək üçün öz saçlarından, qanlarından, hətta vəfat etmiş yaxınlarının məzar torpağından hazırlanan aksesuarlar, təsbehlər və boyunbağılar hədiyyə edirlər.

Publika.az xəbər verir ki, bu barədə "Baku" TV-nin videomaterialında bildirilir.

Aksesuar hazırlayan ustaların sözlərinə görə, bu növ sifarişlərə maraq kifayət qədər yüksəkdir. Müştərilər öz genetik materiallarını (saç, qan) təqdim edərək onlardan boyunbağı və ya təsbeh hazırlanmasını istəyirlər. Hətta bəzi hallarda dünyasını dəyişmiş şəxslərin geyimindən bir parça və ya qəbir torpağı da bu "hədiyyələrin" tərkib hissəsinə çevrilir. Lakin cəmiyyətdə bu trend birmənalı qarşılanmır.

Tanınmış həkim, professor Adil Qeybulla bu prosedurun yaratdığı tibbi təhlükələr barədə xəbərdarlıq edib. O bildirib ki, qan götürülməsi yalnız xəstəxana şəraitində, steril mühitdə həyata keçirilməlidir:

"Qan götürülməsi proseduru müstəsna şəkildə tibb müəssisəsində icra olunmalıdır, çünki burada sterilliyin gözlənilməsi həlledici şərtdir. Ev şəraitində qan götürülməsi və onun hansısa məqsədlə istifadəsi tamamilə yolverilməzdir. Bəzi insanların qanında Hepatit və ya HİV (QİÇS) kimi təhlükəli infeksiyalar ola bilər. Qeyri-peşəkar müdaxilə zamanı bu viruslar həm qanı götürən, həm də onunla təmasda olan şəxslərə keçə bilər".

Chosen
37
4
publika.az

6Sources