EN

Zərərsiz sandığınız vərdişlər oynaqları məhv edirmiş

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Zərərsiz görünən bəzi vərdişlər oynaq sağlamlığı üçün zərərli ola bilər.

Oxu.Az bildirir ki, bu barədə terapevt Dmitri Demidik lenta.ru-ya danışıb.

D.Demidik qeyd edib ki, hərəkətsizlik oynaq zədələnmələrinin əsas səbəblərindən biridir. Həkim xəbərdarlıq edib ki, insan daim divanda, kresloda və ya stulda oturaraq 8-10 saat hərəkətsiz vəziyyətdə qalarsa, oynaqlar qurumağa başlayır, elastikliyini və hərəkət qabiliyyətini itirir, həmçinin qan dövranı pisləşir. Onun sözlərinə görə, oturaq həyat tərzi ən çox bud və diz oynaqlarına, eləcə də onurğaya mənfi təsir göstərir.

Həkim bəzi idman fəaliyyətlərini də riskli vərdiş kimi qiymətləndirib. O izah edib ki, 20 yaşında asanlıqla yerinə yetirilən məşqlər 40 yaşdan sonra eyni dərəcədə təhlükəsiz olmaya bilər və yaş artdıqca daha yüngül və uyğun məşqlər seçmək vacibdir.

Bundan əlavə, artıq çəki, qida çatışmazlığı və balanssız qidalanma da oynaqların aşınmasına səbəb ola bilər.

"Əsas problemlərdən biri əzələ-skelet sisteminin vəziyyətini pisləşdirən zülal, D vitamini, kalsium və maqnezium çatışmazlığıdır. Üstəlik, hazırda dəbdə olan - fastfud adlandırılan qidaların qəbulu iltihabi prosesləri artırır", - deyə həkim bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
52
1
oxu.az

2Sources