EN

Doktoranturada oxuyan və ya təhsilini bitirmiş iddiaçılar bu gün xarici dillər üzrə fəlsəfə doktoru imtahanı verəcəklər

Bakı. Trend:

Fevralın 15-də Dövlət İmtahan Mərkəzi (DİM) Bakı və Naxçıvanşəhərlərində doktorantura, dissertantura və adyunkturada təhsilalan və ya təhsilini bitirmiş iddiaçılar üçün xarici dillər üzrəfəlsəfə doktoru imtahanı keçirir.

Trend-inməlumatına görə, imtahanda 258 nəfərin iştirakı nəzərdə tutulur.İmtahan saat 11:00-da başlanır. Saat 10:45-də buraxılış rejimi başaçatır. Bundan sonra gələn iştirakçılar imtahan binasınaburaxılmır.

İddiaçılar imtahana aşağıda qeyd olunan sənədlərigətirməlidirlər:

- Şəxsiyyəti təsdiq edən sənədin əsli;

- İmtahana buraxılış vərəqəsi.

İmtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlməklazımdır.

İmtahan müddətinin ilk 1 saat 30 dəqiqəsi test tapşırıqlarınıncavablandırılmasına, son 1 saat 30 dəqiqəsi isə yazılıtapşırıqların yerinə yetirilmәsinә (esse və vizual məlumatın yazılıtəsviri üçün) ayrılır.

İmtahanın keçirilməsi üçün ümumilikdə 2 imtahan binasıayrılıb.

Qeyd edək ki, imtahanlar elektron formada keçiriləcək.Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı isə ənənəvi qaydadakağız daşıyıcılar vasitəsilə keçiriləcək.

Fevralın 15-də keçirilən imtahan dinləyib-anlama, oxuyub-anlama,dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloklarındanibarət olacaq. Bu imtahanda iştirak etməyən iddiaçılar danışıqbloku üzrə imtahana buraxılmırlar.

Qeyd edək ki, danışıq bloku üzrə imtahan fevralın 19-dakeçiriləcək. Danışıq bloku üzrə imtahanda iştirak etməyəniddiaçılar ilk 4 blok üzrə 30 bal və daha yüksək nəticə göstərsələrbelə, şəhadətnamə ilə təmin olunmayacaqlar.

Həm xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında, həm dəəcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün Azərbaycan dili üzrəfəlsəfə doktoru imtahanında namizədlərin və iddiaçıların hər birtest tapşırığına düzgün cavabı bir balla qiymətləndirilir, səhvcavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Yazı vədanışıq bloku üzrə tapşırıqlar 10 ballıq şkala üzrəqiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimalbal 50-yə bərabərdir. Dinləyib-anlama, oxuyub-anlama, dildənistifadə (leksik-qrammatik tapşırıqlar), yazı və danışıq bloklarıüzrə balların minimum 20 faizini, ümumilikdə isə xarici dil üzrəfəlsəfə doktoru imtahanından azı 30 bal toplamış iddiaçılar vəəcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanındanazı 25 bal toplamış iddiaçılar imtahanın nəticəsinə qoyulan tələbiödəmiş hesab edilirlər.

Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrəfəlsəfə doktoru və danışıq bloku imtahanı fevralın 16-dakeçiriləcək.

Chosen
32
30
az.trend.az

10Sources