ain.az bildirir, Bakivaxti saytına əsaslanaraq.
Kiyev Rusiyanın atəşkəs rejiminin monitorinqi və nəzarəti üçün ikitərəfli mərkəzin yaradılması ilə bağlı təklifinə cavab verməyib.
Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, bunu RF xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib. Onun sözlərinə görə, Moskvanın danışıqların effektivliyini artırmaq üçün işçi qrupların yaradılması və nümayəndə heyətlərinin səviyyəsinin yüksəldilməsi ilə bağlı təşəbbüslərinə də aydın reaksiya verilməyib.
Qaluzin qeyd edib ki, İstanbul formatında danışıqlar rəsmi şəkildə bağlanmayıb və Rusiya prosesdən çıxmayıb. O, 2025-ci ildə may, iyun və iyul aylarında üç raund məsləhətləşmənin keçirildiyini xatırladıb.
Zeynəb Rzayeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.