EN

HƏMAS bu tarixdən silahı yerə qoyacaq

HƏMAS hərəkatının tərksilah edilməsinə mart ayında başlamaq planlaşdırılır.

Bizim.Media xəbər verir ki, məlumatı İsrailin dövlət telekanalı olan Kan Yayım Şirkəti Sülh Şurasındakı iki mənbəyə istinadən yayıb.
 

Telekanalın məlumatına görə, HƏMAS-ın tərksilah edilməsi Qəzzada yeni texnokratik hökumətin vəzifəyə başlamasından və əvvəllər radikal hərəkata məxsus olan səlahiyyətləri öz üzərinə götürməsindən sonra başlayacaq.


Kan xəbər verir ki, Qəzzanın ilk demilitarizasiya ediləcək ərazisi cənubi Fələstin anklavında yerləşən Rəfah olacaq.

Sülh Şurası liderlərinin ilk görüşü 19 fevralda ABŞ paytaxtında keçiriləcək.

Bizim.Media

Chosen
25
1
bizim.media

2Sources