EN

Bu gün 23 minə yaxın bakalavr imtahan verir

Dövlət İmtahan Mərkəzi (DİM) fevralın 15-də ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının I cəhdini keçirir.

Ucnoqta.az xəbər verir ki, imtahanda iştirak etmək üçün 22 min 780 bakalavr qeydiyyatdan keçib. Onlardan 20 min 790 nəfəri Azərbaycan, 1 990 nəfəri isə rus bölməsi üzrə imtahan verir. İştirakçıların 15 min 391-i cari ilin, 7 min 389-u əvvəlki illərin məzunlarıdır. Həmçinin 47 xarici ölkə vətəndaşı imtahana qatılır.

Qəbul imtahanı Bakı, Sumqayıt, Abşeron, Gəncə, Naxçıvan, Mingəçevir və Lənkəran şəhərlərində ümumilikdə 88 binada təşkil olunub. İmtahanın təşkili və idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2 069 nəzarətçi və 297 mühafizə əməkdaşı cəlb edilib.

İmtahan bütün binalarda saat 11:00-da başlanır. Saat 10:45-dən sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. Xarici dil üzrə dinləyib-anlama mərhələsi ilə başlayan imtahanın ümumi müddəti 3 saat 30 dəqiqədir. Son 30 dəqiqə isə esse yazılışına ayrılır.

Bakalavrlar imtahana gələrkən şəxsiyyəti təsdiqləyən sənədin əslini və imtahana buraxılış vərəqəsini mütləq özləri ilə gətirməlidirlər. Qadağan olunmuş əşyalarla imtahana gələn şəxslər imtahan zalına buraxılmır.

Chosen
24
2
ucnoqta.az

2Sources