EN

Azərbaycan derbi təxirə salındı, azarkeşlər dillənmədi

İki həftədi medianı zəbt edən mövzu 21-ci turun “Neftçi” - “Qarabağ” oyununun təxirə salınması ehtimalı idi. Nəhayət, bu suala aydınlıq gəldi. Bəlli oldu ki, qarşılaşma təxirə salınacaq.

Maraqlıdı ki, heç bir klubun əsas fanklubu, yəni “Forza Neftçi” və “İmarət” sosial şəbəkə səhifəsində yeni qərara reaksiya verməyib.

Düzdü, ötən həftə “Forza Neftçi”nin rəhbəri Səccad Abbasov bu barədə bizə açıqlama vermişdi. Amma onda rəsmi heç nə yox idi. İndi isə hər iki tərəfin azarkeşləri “səsini udub”, heç bir reaksiya yoxdu.

Bir sözlə, bu dastan da belə bitdi…

MÜZƏFFƏR QULUZADƏ

Chosen
55
1
football-plus.az

2Sources