EN

Ukrayna mediası İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakından yazdı - FOTO

Ukraynanın aparıcı media orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında iştirakına, keçirdiyi görüşlərə və səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.

Bizim.Media  xəbər verir ki, “Ukrinform” dövlət informasiya agentliyi, “İnterfaks-Ukrayna”, “RBK-Ukrayna”, “UNİAN”, “Cenzor”, “Gordon”, “Ukrainska Pravda”, “24tv.ua”, “Korrespondent” və digər informasiya agentlikləri, xəbər portallarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinə, Rusiya tərəfindən Azərbaycanın Ukraynadakı enerji infrastrukturlarına, səfirliyinə hücumlarına dair fikirlərinə, Azərbaycan və Ukrayna prezidentləri arasında keçirilən görüş yer alıb.

Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan bu il Ermənistanla ikitərəfli sülh müqaviləsi imzalamağa ümid edir. Lakin bu, Ermənistan konstitusiyasına edilən dəyişikliklərdən asılıdır. Ötən ilin avqust ayında ABŞ-ın vasitəçiliyi ilə sülh əldə edilməsindən sonra ölkələr iqtisadi əməkdaşlığı bərpa etməyə başladılar və heç bir insident yaşamadılar.
 

Məqalələrdə, həmçinin dövlətimizin başçısının açıqlamasına istinada yazılır ki, Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb.


“Birinci hücumdan sonra biz düşündük ki, bu, təsadüfən baş verib və rusiyalı həmkarlarımıza Azərbaycanın diplomatik nümayəndəliklərinin, o cümlədən konsulluq idarəsinin, mədəniyyət mərkəzlərinin və səfirliyimizin bütün koordinatlarını təqdim etdik. Bütün bunlara baxmayaraq, iki əlavə hücum oldu. Beləliklə, bu, Azərbaycanın diplomatik nümayəndəliyinə qəsdən edilmiş bir hücum idi və biz xüsusi bəyanat yaydıq, Rusiya səfiri dəvət olundu və ona diplomatik nota verildi”, - deyə məqalələrdə Prezident İlham Əliyevin fikirləri qeyd edilib.

Ukrayna mediasında, həmçinin Azərbaycan və Ukrayna prezidentlərinin görüşünün əhəmiyyəti də qeyd edilib.















Bizim.Media

Chosen
38
7
bizim.media

8Sources