EN

Avtobus aşdı – Onlarla insan xəsarət aldı

ailandın cənubundakı Tranq vilayətində avtobusun aşması nəticəsində 40-dan çox insan xəsarət alıb.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib.

Avtobus Phuket – Betonq marşrutu üzrə hərəkət edirdi. Nəqliyyat vasitəsində ümumilikdə 52 nəfər olub, 10-dan çox sərnişin ağır xəsarətlər alıb.

Ehtimala görə, qəza sürücünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Polis fakt üzrə araşdırmalara başlayıb.

Chosen
68
6
konkret.az

8Sources