Bakı. Trend:
Tailandın cənubundakı Tranq vilayətində avtobusun aşmasınəticəsində 40-dan çox insan xəsarət alıb.
Trend xəbər verirki, hadisə gecə saatlarında baş verib.
Avtobus Phuket – Betonq marşrutu üzrə hərəkət edirdi. Nəqliyyatvasitəsində ümumilikdə 52 nəfər olub, onlardan 10-dan çoxu ağırxəsarətlər alıb.
Ehtimala görə, qəza sürücünün sükan arxasında yuxuya getməsisəbəbindən baş verib. Polis faktla bağlı araşdırmalarabaşlayıb.