EN

Ukrayna KİV-də İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı geniş işıqlandırıldı

Ukraynanın aparıcı media orqanlarında Azərbaycan Prezidenti İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakına, keçirdiyi görüşlərə və səsləndirdiyi fikirlərə geniş yer ayrılıb.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, "Ukrinform" dövlət informasiya agentliyi, "İnterfaks-Ukrayna", "RBK-Ukrayna", "UNİAN", "Cenzor", "Gordon", "Ukrainska Pravda", "24tv.ua", "Korrespondent" və digər informasiya agentlikləri, xəbər portallarında dərc edilən məqalələrdə Prezident İlham Əliyevin Azərbaycan və Ermənistan arasında paraflanmış sülh sazişinə, Rusiya tərəfindən Azərbaycanın Ukraynadakı enerji infrastrukturlarına, səfirliyinə hücumlarına dair fikirlərinə, Azərbaycan və Ukrayna prezidentləri arasında keçirilən görüş yer alıb.

Prezident İlham Əliyevin fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycan bu il Ermənistanla ikitərəfli sülh müqaviləsi imzalamağa ümid edir. Lakin bu, Ermənistan konstitusiyasına edilən dəyişikliklərdən asılıdır. Ötən ilin avqust ayında ABŞ-nin vasitəçiliyi ilə sülh əldə edilməsindən sonra ölkələr iqtisadi əməkdaşlığı bərpa etməyə başladılar və heç bir insident yaşamadılar.

Məqalələrdə, həmçinin dövlətimizin başçısının açıqlamasına istinadla yazılır ki, Ukraynada təkcə Azərbaycanın enerji infrastrukturuna hücumlar olmayıb. Eyni zamanda, Azərbaycanın Ukraynadakı səfirliyi üç dəfə hücuma məruz qalıb.

Chosen
21
7
publika.az

8Sources